İncildə yaradılışla bağlı ifadələr
Sizi bu boş şeylərdən üz çevirməyə, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan, diri [Hayy] olan Allah`a yönəlməyə dəvət edirik ... [Allah] sizə yaxşılıq [ehsan] edir. Göydən yağış yağdırır, cürbəcür məhsullar yetişən fəsilləri nizamlayır, sizi yeməklə doydurur və ürəyinizi sevincə doldurur.
(Həvarilərin İşləri, 14: 15-17)
İncildə yaradılışla bağlı ifadələr
Dünyanı və içindəkilərin hamısını yaradan, yerin və göyün Rəbbi olan Allah ... Hər kəsə həyat, nəfəs və hər şeyi verən Özü ...
Allah, bütün xalqları tək insandan yaratdı və onları yer üzünün hər tərəfinə yaydı.
(Həvarilərin İşləri, 17: 24-25)
İncildə yaradılışla bağlı ifadələr
Necə ki belə yazılmışdır:
"İlk insan Adəm yaşayan can oldu." ... İlk insan yerdən, yəni torpaqdandır ...

... (Pavlusdan Korintlilərə 1. Məktub, 15:45-47)
İncildə yaradılışla bağlı ifadələr
Yenə deyir ki, "Ya Rəbb, başlanğıcda yerin təməllərini Sən atdın. Göylər də Sənin əllərinin əsəridir."

(İbranilərə Məktub, 1:10)
İncildə yaradılışla bağlı ifadələr

Hər varlığa həyat verən Allah’ın hüzurunda sənə buyururam.

(Pavlusdan Timoteyə 1-ci Məktub, 6:13)
İncildə yaradılışla bağlı ifadələr

Hər evin bir bənnası var,
hər şeyi edən Allah`dır.

(İbranilərə Məktub, 3: 4)
İncildə yaradılışla bağlı ifadələr
Hər şeyin mənbəyi Odur [Allah`dır]; hər şey Onun tərəfindən və Onun üçün mövcud oldu.
Sonsuza qədər Ona izzət olsun. Amin.

(Pavlusdan Romalılara Məktub, 11:36)
İncildə yaradılışla bağlı ifadələr
İman vasitəsilə, lütflə xilas oldunuz. Bu sizin nailiyyətiniz deyil, Allah’ın hədiyyəsidir. Kiminsə öyünməsi üçün yaxşı işlərin mükafatı deyil
Çünki biz Allah`ın əsəriyik, Onun əvvəldən hazırladığı yaxşı işləri etmək üçün ... yaradıldıq.

(Pavlusdan Efeslilərə Məktub, 2: 8-10)
İncildə yaradılışla bağlı ifadələr

O [Allah] ... bizə, Öz istəyinə uyğun olaraq
həyat verdi.

(Yaqubun Məktubu, 1:18)
İncildə yaradılışla bağlı ifadələr
Amma göylərin əzəldən Allah`ın sözü ilə mövcud olduğunu, yerin sudan və su vasitəsilə yaradıldığını bilə-bilə unudurlar.

(Peterin 2-ci Məktubu, 3: 5)
İncildə yaradılışla bağlı ifadələr

... Çünki O [Allah], günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur; yağışını həm doğruların, həm əyrilərin üzərinə yağdırır.

(Matta, 5:45)
İncildə yaradılışla bağlı ifadələr

İki sərçə bir qara pula satılmırmı? Amma Allah`ın izni olmadan bunlardan bir təki belə yerə düşməz. Sizə gəlincə, başınızdakı saçlar belə, sayılıb.

(Matta, 10:29-30)
İncildə yaradılışla bağlı ifadələr

Yoldaşları bunu eşidən kimi hamısı birlikdə Allah`a belə səsləndilər: "Ey Əfəndimiz! Yeri göyü, dənizi və onların içindəkilərin hamısını yaradan Sənsən."

(Həvarilərin İşləri, 4:24)
İncildə yaradılışla bağlı ifadələr

Allah, yaradılışı əvvəlcədən 'İnsanları kişi və qadın olaraq yaratdı.'

(Mark, 10: 6)
İncildə yaradılışla bağlı ifadələr
İsa bu qarşılığı verdi: "Müqəddəs Yazıları [Allah’ın vəhyini] oxumamısınızmı?
Yaradan [Allah] əvvəcədən 'İnsanları kişi və qadın olaraq yaratdı.'

(Matta, 19:4)
İncildə yaradılışla bağlı ifadələr
Bizim üçün tək bir Allah vardır. O, hər şeyin mənbəyidir, bizlər Onun üçün yaşayırıq. Tək bir Rəbb var ...Hər şey Onun vasitəsilə [Allah`ın əmri ilə] yaradıldı, biz də Onun vasitəsilə yaşayırıq.

(Pavlusdan Korinflilərə 1. Məktub, 8: 5-6)
İncildə yaradılışla bağlı ifadələr
Necə ki yerdə və göydə, görünən və görünməyən hər şey ... Onun vasitəsilə [Allah`ın əmri ilə] və Onun üçün yaradıldı.Hər şeydən əvvəl var olan Odur və hər şey varlığını Onda davam etdirir.

(Pavlus'tan Kolosselilərə 1. Məktub, 1: 16-17)